Rusiyada türklərdən ibarət xüsusi gizli ordu hazırlanır
Bizi izləyin

Dünya

Rusiyada türklərdən ibarət xüsusi gizli ordu hazırlanır

Rusiya və Ukraynanın şərqində qaqauzlardan ibarət xüsusi qrup hazırlanır.

Axar.az xəbər verir ki, bu iddia ilə Moldovanın “Deschine.md” saytı çıxış edib.

Məlumatda yeni yaradılmış qrupun adının “Qaqauz Ərləri Ordusu” (Gagauz Eri Army) adlandırıldığı bildirilib:

“Yeni yaradılmış qrup qaqauzlardan ibarətdir. Burada onlar xüsusi olaraq yetişdirilirlər. Son günlər Qaqauziyada olan proseslərin Rusiya leyhinə tam yekunlaşması üçün məhz belə bir qrup hazırlanır. Qaqauziya onsuz da Moldovanın Avropaya getməsinin əleyhinədir. Moskva Kişniyovun əlindən çıxdığını gördükdə yeni qrup vasitəsiylə Ukraynada olduğu kimi çaxnaşma yaradacaq. Bu qruplar Rusiyada hazırlansa da hazırda onlar əsas təcrübələrini Ukraynanın şərqindəki döyüşlərdə keçirlər. Onların geri dönüşü isə Moldova üçün heç də yaxşı bir şey vəd etmir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm