• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ərdoğandan Kobani reaksiyası: “Alçaqcasına…” - VİDEO

  • Dünya
  • 2 Noyabr 2014 22:14
  • 1 313 Baxış
Ərdoğandan Kobani reaksiyası: “Alçaqcasına…” - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bir açılış mərasimində Kobani hadisələrindən danışıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan Qərb mediasının ölkəni qaralamağa çalışdığını bildirib.

“Türkiyə ətrafında baş verənlərə laqeyd qala bilməz. Fransa səfərimdə Qərb mediasında yalan xəbər və şərhlərlə Türkiyəni qaralamaq üçün cəhdlərin olduğunu gördüm. Bir davranış PYD-ni fərqli istiqamətləndirir. Kobani niyə bu qədər əhəmiyyətlidir? Kobaniyə bu qədər əhəmiyyət verənlər Hələbə niyə əhəmiyyət vermədilər”, - deyə Türkiyə prezidenti deyib.

Ərdoğan Xalq Demokratik Partiyası (HDP) və Cümhuriyyət Xalq Rartiyasının (CHP) Kobani ilə bağlı mövqeyini sərt şəkildə tənqid edib. HDP-nin öz tərəfdarlarını küçələrə çıxmağa çağırdığını deyən dövlət başçısı bunlar yalnız insanları ölümə verdiyini, Kobani üçün heç nə qazandırmadığını dilə gətirib: “Diqqət edin, oyun içində oyun var. Kobani üzərindən başqa hesabları edilir. Türkiyə artıq bu oyunlara getməyəcək. Türkiyə hər cür təhdidə qarşı planını hazırlayıb”.

“Bütün Türkiyənin bunların əsl niyyətlərini anladı. “Kobani” dedilər, amma əslində nə qədər qorxaq olduqlarını göstərdilər. “Kobani” dedilər, getdilər Diyarbəkrdə, Batmanda, Hakkaridə alçaqcasına cinayətlər törətdilər. Təhlükəsizlik güçlerimiz hamısını bir-bir araşdrır. Bunlar bunların hamısının cavabı veriləcək”, - deyə Türkiyə prezidenti Kobani hadisələrini bəhanə edərək insanları küçələrə çıxaran qüvvələri hədəf alıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR