CHP-li millət vəkil seçiciləri təhqir etdi: “Azad inək yetişdirməliyik”
Bizi izləyin

Dünya

CHP-li millət vəkil seçiciləri təhqir etdi: “Azad inək yetişdirməliyik”

Cümhuriyyət Xalq Rartiyasının (CHP) Antalya düşərgəsində maraqlı anlar yaşanıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ardahan millət vəkili Ensar Öğütün heyvandarlıq mövzusundakı təklifləri gülüşlərə səbəb olub.

CHP-li Ögüt partiyanın Antalya düşərgəsində azad şəkildə yetişdirilən inəklərin CHP-nin səs olaraq qayıdacağını deyib: “Azad gəzən inəklər yetişdirin. Onun sağlam ətini insanlara yedirin, sağlam nəsillər yetişsin. Bu heyvanların ətini yeyən insanlar ağıllı olur. İnsanlar ağıllı olursa, oxuyur və CHP-yə səs verir”.

CHP sədri Kamal Kılıçdaroğlu zarafatla təklifi dəyərləndirəcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm