İŞİD rus silahları ilə məhv edilir
Bizi izləyin

Dünya

İŞİD rus silahları ilə məhv edilir

Şimali İraq regional kürd rəhbərliyinin Kobaniyə daxil olan peşmərgə gücləri İŞİD qruplaşması ilə aktiv döyüşlər aparır.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, peşmergə İŞİD-i “Katyuşa” reaktiv artilleriya sistemlərinin raketləri ilə vurur.

ABŞ liderliyik etdiyi koalisiya güclərinin təyyarələri isə şəhərin şərqindəki İŞİD mövqelərinə zərbələr endirir. PYD terror təşkilatının nəzdində olan YPG-in (Xalq Müdafiə Birliyi) İŞİD-ə qarşı mübarizəsinə peşmərgədən başqa Azad Suriya Ordusu (ASO) yardım edir. Qarşıdurmalar dünən gecə və bu gün fasilələrlə davam edib.

Xüsusi təlim alan 155 nəfərlik peşmərgə birliyinin Kobaninin qərbində 3 ayrı nöqtədə yerləşdiyi bildirirlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm