İŞİD İraqda sünni tayfanın 322 üzvünü edam etdi
Bizi izləyin

Dünya

İŞİD İraqda sünni tayfanın 322 üzvünü edam etdi

Terror təşkilatı İŞİD daha bir qətliama imza atıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İŞİD İraqın Əl-Anbar əyalətində Elbu Nemr sünni tayfasının 322 üzvünü edam edib.

İraq hökuməti İŞİD-in sünnilərə qarşı qanlı hücumları barədə iddiaları təsdiqləyib. İraq İnsan Haqları Nazirliyi öldürülənlər arasında qadın və uşaqların da olduğu, cəsədlərin hamısının bir quyuya atıldığını açıqlayıb.

Elbu Nemr İŞİD-ə qarşı ən çox müqavimət göstərən sünni tayfası idi. Sünni tayfanın Bağdaddan silah istədiyi ancaq bu tələbinə cavab ala bilmədiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm