İran: “ABŞ gəmisini əlli saniyədə batıra bilərik”
Bizi izləyin

Dünya

İran: “ABŞ gəmisini əlli saniyədə batıra bilərik”

İran İslam İnqilabı Keçikçilər Korpusunun dəniz qüvvələri komandiri Əli Fedevi ABŞ-ı hədələyib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, ABŞ hərbi dəniz güclərinin Bəsrə körfəzindən çəkilməli olduğunu bildirib.

İranın ingilis dilində yayımlanan dövlət televiziyası Press TV-nin xəbərinə görə, Əli Fedevi Bəsrə körfəzi və Hörmüz boğazının təhlükəsizliyini qorumaq strategiyasının əsasında ABŞ-ın hərbi varlığının bölgədən uzaqlaşdırılması olduğunu deyib.

“Körfəzdəki ABŞ gəmilərinə qarşı hücum və gəmilərin batırılma ilə bağlı bir çox təlimlər keçirdik. Amerikanın bir gəmisini əlli saniyədə batırmaq gücünə sahibik”, - deyə o, əlavə edib.

Qeyd edək ki, ABŞ-ın 5-ci donanması Bəhreyndə yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm