“DXR”də keçirilən “seçkilər”in “exit-poll” nəticələri açıqlandı
Bizi izləyin

Dünya

“DXR”də keçirilən “seçkilər”in “exit-poll” nəticələri açıqlandı

"Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumda keçirilən “seçkilər”in “exit-poll” nəticələri açıqlanıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hazırkı nəticələr separatçı qurumun “baş naziri” Aleksandr Zaxarçenko və "Donetsk Respublikası" təşkilatının liderlik etdiyini göstərir.

Qeyd edək ki, separatçılar noyabrın 2-də “parlament” və “prezident” seçkilərini keçiriblər. “DXR-in prezidenti” postuna “baş nazir”dən başqa “DXR” Ali Sovetinin deputatı Yuri Sivokonenko və “Novorossiya parlamenti”nin sədr müavini Aleksandr Kofman iddialıdır.

“Exit-poll”un nəticələrinə görə, A.Zaxarçenko 81,37, Aleksandr Kofman 9,73, Yuri Sivokonenko faiz səs toplayıb.

“Parlament seçkiləri”ndə isə “Donetsk Respublikası" təşkilatı 65,11 faizlə liderlik edir. "

Ukrayna prezidenti Pyotr Poroşenko “seçkilər”i tankların lüləsi altındakı məzhəkə adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm