Əsəd Kadırovu Suriyaya çağırdı
Bizi izləyin

Dünya

Əsəd Kadırovu Suriyaya çağırdı

Suriya müftisi Şeyx Əhməd Bedreddin Hassun Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovu prezidenti Bəşər Əsədin adından ölkəsinə dəvət edib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə R.Kadırov “Instagram” səhifəsində yazıb.

Çeçenistan prezidentinin sözlərinə görə, Suriya müftisi Rusiyanın regiondakı hadisələrlə bağlı prinsipial mövqeyi üçün B.Əsədin minnətdarlığını çatdırıb: “Müfti qeyd edib ki, Suriyada hansısa çeçen alayı haqqında Qərbdə çox danışırlar. Suriya hakimiyyətində həlak olmuş çeçenlərin siyahısı var. Onların böyük əksəriyyəti Qərb ölkələrinin sakinidir. Onlar həmin ölkələrdə doğulub və ya 20 il əvvəl gediblər. Onlar çeçenləri bütün dünyanın gözündə terrorçular və ekstremistlər kimi təqdim etmək məqsədi ilə hazırlanır”.

Çeçenistan prezidentinin sözlərinə görə, müfti ilə görüşdə Qərbin hədəfinin milyonlarla müsəlmanı müharibəyə cəlb etmək və onları bir-birini məhv etməyə məcbur etmək olduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm