Dünya
Rusiya Tacikistanla necə anlaşdı?
Rusiya Tacikistandakı hərbi baza ilə bütün məsələləri həll edib və Rusiya-Tacikistan hərbi əməkdaşlığı yeni dövrə daxil olur.
Publika.Az –ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, prezident Vladimir Putin Qış Olimpiya Oyunlarının açılışında iştirak etmək üçün Soçiyə gələn Tacikistan prezidenti Emoməli Rəhmonla görüşüb.
V.Putin hərbi əməkdaşlıqda bir mərhələni tamamlayaraq yeni bir mərhələyə başlayacaqlarını qeyd edib. “Tacikistanlı həmkarımla görüşməkdən məmnunam. Görüşdə ikitərəli əlaqələri müzakirə etdik. Nöqtəni qoyduq, amma nöqtəni qoymaq işin bitdiyi anlamına gəlməz. Rusiya hərbi bazası ilə əlaqədar məsələləri həll etdik. Hərbi əməkdaşlığda yeni və uzunmüddətli bir dövrə daxil oluruq. Beynəlxalq güclərin Əfqanıstandan çəkiləcəyi dövrdə bölgədə Rusiya hərbi bazasının olması əhəmiyyətlidir”, - V.Putin bildirib.
Tacikistan prezidenti də ölkəsindəki Rusiya hərbi bazası ilə əlaqədar mövzunu Rusiya dövlət başçısı ilə burada bağlayacaqlarını ifadə edib. Prezidentlərin görüşündən sonra Rusiya və Tacikistan xarici işlər nazirləri arasında Rusiya hərbi bazanın gələcək statusunu müəyyənləşdirən razılaşmanın təhvil-təslim mərasimi keçirilib.
Qeyd edək ki, Tacikistandakı 201 saylı hərbi baza Rusiyanın ölkə xaricindəki ən böyük hərbi gücüdür. Hərbi baza Tacikistanda sabitliyi qorumaq, Tacikistan Müdafiə Nazirliyi və Sərhəd Qoşunlarina dəstək vermək məqsədi ilə 2004-cü ildə qurulub. 2012-ci il 5 Oktyabr tarixində Düşənbədə Rusiya və Tacikistan prezidentləri arasında hərbi bazanın icarə müddətinin 2042-ci ilə qədər uzadılması haqqında razılaşma imzalanıb.
Ömər Dağlı
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ