Əfqanıstan prezidenti adını dəyişdi
Bizi izləyin

Dünya

Əfqanıstan prezidenti adını dəyişdi

Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay adını dəyişdirib.

Publika.az-ın “Associated Press” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Fayeq Vahidi bildirib.

Prezident tayfa mənsubiyyətini bildirən “Əhmədzay” sözündən imtina etməyə qərar verib və onun adı Əşrəf Qəni olub. Bununla bağlı müvafiq göstəriş dövlət başçısının dəftərxanası tərəfindən hökumət müəssisələri və KİV-ə göndərilib.

Xatırladaq ki, Əşrəf Qəni Əhmədzay prezident seçkilərinin 14 iyunda keçirilən ikinci turunda 56,44 faiz səs toplayaraq qalib olub. Onun rəqibi olan Əfqanıstanın keçmiş xarici işlər naziri Abdulla Abdulla 43,56 faiz səs alıb. Ancaq o, seçkilərin nəticələri tanımaqdan imtina edib və səslərin yenidən sayılmasını tələb edib. Lakin onun tələbi yerinə yetirilməyib. Sentyabrda Abdulla və Qəni hakimiyyətin bölüşdürülməsi haqqında razılaşıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm