Moskva separatçıların “seçkilərini” tanıdı
Bizi izləyin

Dünya

Moskva separatçıların “seçkilərini” tanıdı

Rusiya Donetsk və Luqansk “xalq respublikaları”nda keçirilən “seçkiləri” tanıyıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, “seçkilər” bütövlükdə mütəşəkkil keçib və seçicilərin yüksək fəallığı müşahidə olunub.

“Biz Ukraynanın cənub-şərqindəki sakinlərin iradəsinə hörmət edirik. Seçilmiş nümayəndələr regionlarda normal həyatın bərpası və praktik məsələlərin həlli üçün mandat aldılar. Seçkiləri nəzərə alaraq mərkəzi Ukrayna hakimiyyəti və Donbas hövzəsinin nümayəndələri arasında möhkəm dialoqun qaydaya salınması üzrə aktiv addımlara təşəbbüs etmək son dərəcə əhəmiyyətlidir. Bizim beynəlxalq partnyorlarımızla Ukrayna böhranının nizama salınmasına kömək etməyə hazırıq”, - deyə bəyanatda deyilir.

Ukrayna prezidenti Pyotr Poroşenko isə “seçkiləri” tankların lüləsi altındakı məzhəkə adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm