İŞİD yaraqlılarının 80 faizi narkomandır - ŞOK İDDİA
Bizi izləyin

Dünya

İŞİD yaraqlılarının 80 faizi narkomandır - ŞOK İDDİA

İraq polisi İŞİD yaraqlılarına aid olan narkotik həbləri ələ keçirib.

Publika.az-ın “Aksam” qəzetinə istinadən məlumatına görə, İraqın Diyala vilayətinin Polis İdarəsinin rəisi Ferik Cəmil Şəməri İŞİD yaraqlılarının 80%-nin narkotik aludəçisi olduğunu iddia edib. Onun sözlərinə görə, terrorçular İraq ordusu ilə döyüşə girməmişdən öncə uyuşdurucu həblərdən istifadə edirlər.

Ferik Cəmi Şəməri İraq polisinin Həmrin Dağına təşkil etdiyi əməliyyatda bəzi mağaralarda çoxlu sayda uyuşdurucu həb ələ keçirdiyini deyib.

Xatırladaq ki, İŞİD-in şəriət məhkəmələrində verilən qərara uyğun olaraq, siqaret çəkmək qadağasına tabe olmayan şəxslər ictimai yerdə 20 dəfə qamçılanır.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm