2 həftəyə 401 kasset bombası
Bizi izləyin

Dünya

2 həftəyə 401 kasset bombası

Beynəlxalq aləmin başının İŞİD-lə mübarizəyə qarışmasından istifadə edən Suriya ordusu cəbhə bölgəsində hücumlarını genişləndirib.

Publika.az xəbər verir ki, mərkəzi Nyu-Yorkda yerləşən İnsan Hüquqları Müşahidə Təşkilatının nümayəndəsi Lama Fakih “France Presse”yə açıqlamasında bütün diqqətin İŞİD-ə yönəlməsi səbəbindən Suriya rejiminin yaddan çıxdığını deyib.

Suriya İnsan Hüquqları Müşahidəçilər mərkəzinin məlumatına görə, Suriya rejimi son 2 həftə ərzində ölkənin səkkiz şəhərində kasset bombasından istifadə etməklə 401 hücum təşkil edib.

Xatırladaq ki, Suriyada 3 ildən çoxdur davam edən vətəndaş müharibəsi nəticəsindən ən azı 200 min mülki şəxs həlak olub, milyonlarla insan evini tərk etmək məcburiyyətində qalıb.

Suriyalı qaçqınlar daha çox Livan, Türkiyə və İordaniyaya sığınıblar.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm