Ruslar Ukraynada növbəti dəfə “azdılar”
Bizi izləyin

Dünya

Ruslar Ukraynada növbəti dəfə “azdılar”

Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları dövlət sərhədini keçən iki rus hərbçisini saxlayıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti bildirib.

Hadisə vilayətin Peski qəsəbəsi ərazisində baş verib. Sərhədçilər dövlət nömrəsi olmayan "VAZ" avtomobilini dayandırıb. Avtomobildə olan iki şəxsin Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi qulluqçuları olduğu məlum olub. Avtomobildə aparılan axtarışlar zamanı Rusiya Silahlı Qüvvələrinin hərbi biletləri tapılıb. Rusiya hərbçiləri Ukrayna Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Xatırladaq ki, avqustun 26-da Rusiyanın 98-ci diviziyasının 331-ci alayının 10 desantçısı Ukrayna ərazisində saxlanılmışdı. Hadisəni şərh edən Rusiya xarici işlər naziri desantçıların sərhədi təsadüfən keçdiyini bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm