Sərhəddə gərgin anlar – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Sərhəddə gərgin anlar – SON DƏQİQƏ

Türkiyə Silahlı Qüvvələri Ali Baş Qərargahı Suriya sərhədində hüquq-mühafizə orqanlarına açılan atəşə qarşılıq verildiyini açıqlayıb.

Publika.az “Akşam”a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Ali Baş Qərargahı Suriya tərəfində olan bir qrup yaraqlının Hatay Quru Qoşunları II Sərhəd Qoşunları Komandanlığının bölgəsinə avtomatlardan atəş açdığı ilə bağlı açıqlama verib.

Açıqlamada həmçinin Sərhəd Qoşunlarına açılan atəşə atəşlə cavab verildiyi qeyd olunub. Nəticədə, silahlı qrup gəldiyi istiqamətə qaçaraq bölgədən uzaqlaşıb.

Hücum edənlər arasında itki olub-olmadığı barədə məlumat yoxdur.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm