Putinin sabiq məsləhətçisi yeni əməliyyatların hədəfini açıqladı
Bizi izləyin

Dünya

Putinin sabiq məsləhətçisi yeni əməliyyatların hədəfini açıqladı

Ukraynaya qarşı hərbi əməliyyatlarda Zaporojye vilayətinin növbəti hədəf olacağı barədə iddialar bir-birini əvəzləməkdədir.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə növbəti iddia Rusiya prezidentinin keçmiş məsləhətçisi, ABŞ-ın Katona İnstitutunun elmi işçisi Andrey İllarionov “Şuster Live” telekanalının efirində çıxış edib.

“Mən çox ehtiyat edirəm ki, seçkilərdən dərhal sonra Donetsk və Luqanskdakı separatizm anklavlarından daha genişmiqyaslı hərbi əməliyyatlar başlanacaq. Hər şeydən əvvəl Berdyansk və Melitopol yeni hücumun hədəfi ola bilər. Və müvafiq olaraq Krım ərazisindən zərbə endirilə bilər”, - deyə Putinin sabiq məsləhətçisi bildirib.

Qeyd edək ki, A.İllarionov hələ qışda Krımın Rusiya Federasiyası ilə birləşəcəyini qabaqcadan xəbər vermişdi.

Separatçıların Donetsk vilayətinin Azov dənizinin sahilində yerləşən Mariupol şəhərinə deyil, məhz Zaporojye vilayətinin Berdyansk rayonuna hücum olacağı barədə iddia ilə bundan əvvəl “Azov” könüllü batalyonunun komandiri Andrey Bileski “5 kanal”ın efirində çıxış etmişdi. Onun sözlərinə görə, Berdyanskda böyük faciə yaşana və itkilərin miqyası İlovayskda verilən itkilərdən daha böyük ola bilər: “Hamı anlayır ki, Mariupolu zərbə altına qoymayacaqlar, bu separatçılar üçün çox ağrılı olardı. Biz İlovaysk ilə müqayisə edilə bilməyən faciəni yaşaya bilərik. Biz nədənsə bu istiqamətdə möhkəmləndirmə işləri aparmırıq”.

Berdyansk şəhəri Azov dənizi sahilində yerləşir və Zaporojye vilayətinin inzibati mərkəzidir. Berdyansk rayonu Mariupol ilə yanaşı Rusiyadan Krıma gedən quru yolunun üzərində yerləşən strateji məntəqədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm