Ordu əhalidən şəhəri tərk etməyi xahiş etdi - FOTO
Bizi izləyin

Dünya

Ordu əhalidən şəhəri tərk etməyi xahiş etdi - FOTO

Liviyanın Benqazi şəhərində islamçı qruplarla hökumət qüvvələri arasında döyüşlər yenidən qızışıb.

Publika.az xəbər verir ki, Liviya ordusu Benqazi şəhərinin mərkəzində yaşayan sakinlərdən sabah səhər saatlarınadək evlərini tərk etmələrini xahiş edib. Ordunun müraciətində şəhərdə islamçılara qarşı irimiqyaslı əməliyyatın başlanılacağı haqqında xəbərdarlıq edilib.

Liman şəhəri olan Benqazidə son ay ərzində ordu, islamçılara qarşı hücumlar həyata keçirəndən bəri 200-dən çox adamın həlak olduğu bildirilir.

Müəmmar Qəddafi 2011-ci ildə devriləndən bəri Liviyada vəziyyət sabitləşmək bilmir.

Neftlə zəngin olan Liviyada müxtəlif qruplar, tayfalar və silahlı dəstələr arasında hakimiyyət uğrunda döyüşlər gedir; ölkə parçalanma, dağılma vəziyyətindədir.

Paytaxt Tripoli iyul ayında islamçıların əlinə keçdikdən sonra dünya tərəfindən tanınan, seçki yolu ilə yaradılmış hökümət Misirlə sərhədyanı bölgədə yerləşən Tobruk şəhərinə köçməli olub.

ABŞ-ın, Qərb ölkələrinin "qara siyahısına" düşən Ənsar əş-Şəria dəstəsi də daxil islamçı qruplaşmalar sahilyanı Derna şəhərində xilafətin yaradıldığını elan ediblər.

İndiki hökümət son dövlərdə Liviyada üç şəhərə nəzarəti itirib:

1.Tripolidə köhnə parlamentin bəzi üzvləri özləri hökümətlərini qurublar. Həmin hökümət xaricdə tanınmır.

2.Ölkənin ikinci şəhəri olan Benqazi islamçı döyüşçülərin əlindədir. Həmin dəstələrdən bəziləri əl-Qidə ilə bağlıdır. Demək olar kı, hər gün siyasətçilər, rəsmilər, fəallar qətlə yetirilir.

3.Ölkənin əsas sənaye limanı və üçüncü şəhəri saylan Misratada yerli silahlı dəstələr Tripolidəki rəsmilərə dəstəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm