Dünya
Ukrayna separatçılardan kömür alacaq
Ukrayna Donbas hövzəsinin kömürünü separatçılardan almağa hazırdır.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna energetika və kömür sənayesi nazirinin müavini Yuri Zyukov brifinqdə bildirib.
Nazir müavini qeyd edib ki, kömürə veriləcək vəsait şaxtaçıların maaşlarına və şaxtaların saxlanılmasına xərclənməlidir. Yuri Zyukov əmin edib ki, vəsaitlərin xərclənməsinə nənəzarət etmək mümkün olacaq. O, qeyd edib ki, pul köçürmələri dövlət banklarındakı hesablar vasitəsilə hərəkət edəcək. Bu halda isə şaxtaçılar Ukrayna hakimiyyətinin nəzarəti altında olan kartlarından maaş ala biləcəklər.
Y.Zyukov Energetika və Kömür Sənayesi Nazirliyinin bu məsələ üzrə antiterror əməliyyatları zonasındakı müəssisələrin rəhbərləri ilə danışıqları apardığını deyib.
Ömər Dağlı
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək