İkinci peşmərgə qrupu Kobaniyə keçdi - VİDEO
Bizi izləyin

Dünya

İkinci peşmərgə qrupu Kobaniyə keçdi - VİDEO

Şimali İraq regional kürd rəhbərliyinin ikinci peşmərgə qrupu Kobaniyə keçib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə Peşmərgə Nazirliyinin mətbuat katibi Osman Rişeyi bildirib.

Onun sözlərinə görə, Kobanidə yerləşğn peşmərgə gücləri üçün yeni silah və sursat qrupu göndərilib. Osman Rişeyi “Türkiyə ilə Kürdüstan bölgəsi arasında peşmərgələrə silah və sursatın göndərilməsinə dair bir müqavilə bağlanılmışdır” deyib.

Silah və sursat dəstəyinin Türkiyə üzərindən göndərildiyini qeyd edən Rişeyi Kobanidəki peşmərgələrin ehtiyacına uyğun olaraq yardımların bundan sonra da davam edəcəyini dilə gətirib.

Xatırladaq ki, ilk peşmərgə qrupu Kobaniyə ötən həftə keçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm