• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

McDonalds Vyetnama “salam” dedi

  • Dünya
  • 8 Fevral 2014 13:32
  • 401 Baxış
McDonalds Vyetnama “salam” dedi

Şərqi Asiyanın inkişaf edən ulduzu Vyetnamın iqtisadiyyatı dəyişir.

Uzun müddət kommunist rejimi altında qalan ölkə də dünya bazarına inteqrasiya etməyə başlayıb. Dünyaca məşhur “Diageo” kimi firmalar ölkəyə köklü sərmayələr yatırıb. İndi isə yeni bir ad Vyetnama gedib. Onu hamımız tanıyırıq: McDonalds!

Əksər ölkələrdə varlığı kapitalizmlə üst-üstə düşən McDonalds vyetnamlıların marağını çəkib. Kimisi yediyi menyu ilə şəkil çəkdirib, kimisi isə restoranın şəkilini çəkib. İki gün əvvəl açılan McDonalds Vyetnamın ən böyük şəhərlərindən Ho Chi Minh şəhərində açılıb.

Ho Chi Minh şəhərində McDonaldsın açılması isə tarixi bir istehzanı ortaya atıb. Çünki Ho Chi Minh Vyetnam müharibəsində Şimali Vyetnamın prezidenti idi. Minh müharibə davam edərkən infarkt keçirərək 1969-cu ildə vəfat edib. Yəni Amerikaya qarşı olan və Ho Chi Minhin adı verilən şəhərdə ABŞ-ın ən böyük fast food firmalarından biri açılıb. Bu da ölkənin dəyişimini bir dəfə daha göz önünə gətirir.

Saigon şəhərinin adı Vyetnam müharibəsindən sonra dəyişdirilib Ho Chi Minh Şəhəri olmuşdu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR