Olland Putini çərçivədən kənara çıxmamağa çağırdı
Bizi izləyin

Dünya

Olland Putini çərçivədən kənara çıxmamağa çağırdı

Fransa prezidenti Fransua Olland Rusiya lideri Vladimir Putini Donetsk və Luqansk “xalq respublikaları”nda keçirilən “seçkilər”i tanımamağa çağırıb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Fransa prezidenti “seçkilər”in Ukraynanın ərazi bütövlüyünə dağıdıcı təsir edə biləcəyini bildirib.

F.Olland həmçinin Rusiya prezidentini Minsk protokolları çərçivəsində hərəkət etməyə çağırdı.

Qeyd edək ki, Donetsk və Luqansk “xalq respublikaları”nda seçkilər 2 noyabrda keçirilib. “Seçkilər”in nəticəsinə görə, “Donetsk Xalq Respublikası”nda Aleksandr Zaxarçenko, “Luqansk Xalq Respublikası”nda isə İqor Plotnitski “dövlət başçısı” seçilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm