Donetsk və Luqansk vilayətlərinin statusu ləğv edilir
Bizi izləyin

Dünya

Donetsk və Luqansk vilayətlərinin statusu ləğv edilir

Sabah Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Donetsk və Luqansk vilayətlərinin xüsusi status haqqında qanunun ləğvinə baxacaq.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna xalqına müraciətində prezidenti Pyotr Poroşenko bildirib.

Ukrayna prezidenti qeyd edib ki, Kiyev Minsk protokolunun şərtlərinə tərəfdar olsa da, onun başqa tərəflər tərəfindən kobud pozulması fonunda hakimiyyət öz planına düzəlişlər etməlidir.

“Sabah Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirəcəyəm. İclasda Donbas hövzəsindəki vəziyyəti hərtərəfli təhlil edəcəyik. Həm optimist, həm də pessimist ssenarilərdən çıxış edərək hərəkət planımıza lazımlı dəyişikliklər ediləcək”, - deyə P.Poroşenko vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, provokasiyalara baxmayaraq, Ukrayna rəhbərliyi üçün diplomatik yol prioritet olaraq qalır: “Amma eyni zamanda biz müdafiə qabiliyyətimizin intensiv möhkəmləndirilməsini davam etdirəcəyik. Bu məsələ də sabahkı iclasda müzakirə olunacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm