NATO: “Donbasda 300 rus hərbiçi separatçılara təlim keçir”
Bizi izləyin

Dünya

NATO: “Donbasda 300 rus hərbiçi separatçılara təlim keçir”

Təxminən 300 Rusiya zabiti Donbas hövzəsində terrorçuların təlimi ilə məşğul olur.

Publik.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Şimali Atlantika İttifaqının (NATO) Avropadakı silahlı qüvvələrinin komandanı, general Filip Bridlav bildirib.

F.Bridlav qeyd edib ki, Rusiya zabitləri döyüş əməliyyatlarında birbaşa iştirak etmirlər, amma separatçıların təlimləri ilə məşğul olurlar. Bundan başqa, NATO generalının sözlərinə görə, Rusiya hökuməti Ukrayna gücləri və separatçılar arasında bölücü xəttinin möhkəmləndirilməsində separatçılara fəal dəstək verməkdə davam edirlər.

F.Bridlav sentyabrın 5-də imzalanan Minsk protokolunun yalnız kağız üzərində qaldığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm