Almaniyaya karikatura notası verildi
Bizi izləyin

Dünya

Almaniyaya karikatura notası verildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən və Almaniyadakı bir qəzetdə dərc olunan karikaturanın Baden Vürttemberg əyalətindəki dərs kitablarında verilməsi Türkiyə ilə Almaniya arasında böhranının yaranmasına səbəb olub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi bu gün verdiyi yazılı açıqlaması ilə kifayətlənməyib.

Almanyanın Türkiyədəki səfiri Eberhard Pohl Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə karikaturanın dərslik kitabına salınmasının qəbul edilməz olduğu bildirilib. Bu cür arzuolunmaz halların təkrarlanmaması üçün Almaniya dövlət orqanlarının lazımlı həssaslığı göstərməsinin vacibliyi səfirin diqqətinə çatdırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm