Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin açılışı olub
Bizi izləyin

Dünya

Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin açılışı olub

Nyu-Yorkda 2001-ci ildə 11 sentyabr terror hücumlarının baş verməsindən 13 il sonra yeni inşa edilmiş Dünya Ticarət Mərkəzinin açılışı olub.

Publika.az xəbər verir ki, şəhərin Manhetten hissəsində 541 metr hündürlüyü olan göydələn Şimali Amerikada ən yüksək binadır. Onun inşasına 3,9 milyard dollar sərf edilib.

Göydələn bir zamanlar Dünya Ticarət Mərkəzinin qoşa binalarının durduğu yerdə ucaldılıb. Yeni Ticarət Mərkəzində Conde Nast nəşriyyat evi, hökumətin ümumi xidmətlər idarəsinin ofisləri və Çin Mərkəzi yerləşəcək. Bundan başqa, Dünya Ticarət Mərkəzinin binasında müxtəlif sığorta, investisiya və əyləncə şirkətləri də ofisləri üçün icarəyə yer götürə bilər.

Qeyd edək ki, Dünya Ticarət Mərkəzinin qoşa göydələnləri 2001-ci ildə Əl-Qaidə terrorçularının qaçırdıqları iki təyyarəni binalara vurması nəticəsində dağılıb və 2 min 700-dən çox insan həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm