ABŞ-da respublikaçılar Konqresi ələ keçirir
Bizi izləyin

Dünya

ABŞ-da respublikaçılar Konqresi ələ keçirir

Bu gün Amerikada Konqresin Nümayəndələr Palatasında bütün yerlərə, Senatda isə yerlərin üçdə birinə seçkilər keçirilir.

Publika.az-ın məlumatına görə, ekspertlər bu seçkidə respublikaçıların son 10 ildə ilk dəfə olaraq Konqresə nəzarətə ələ ala biləcəyini proqnozlaşdırırlar. Bunun demokratların hakimyyətdə olacağı növbəti iki ildə prezident Barak Obama ilə siyasi mübahisələri yeni müstəviyə çıxaracağı gözlənilir.

Birləşmiş Ştatlarda daha mühafizəkar partiya hesab edilən Respiblikaçılar partiyası 435 yerlik Nümayəndələr Palatasına artıq nəzarəti əlinə alıb və ara seçkilərdən sonra tutduğu 233 yerə yeni yerlər əlavə edə bilər. Respublikaçıların 100 yerlik Senatda da üstülük qazanacağı ehtimalı yüksəkdi. Hazırda Senatda 55 yerə malik liberal demokratlar üstünlüyə malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm