• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

BMT tibb bacılarını müdafiə etdi

  • Dünya
  • 4 Noyabr 2014 07:13
  • 297 Baxış
BMT tibb bacılarını müdafiə etdi

BMT-nin Baş katibi Ban Ki Mun Ebola xəstələrini müalicə etdikdən sonra öz ölkələrinə qayıtmış səhiyyə işçilərinə karantin tətbiq edilməsinə qarşı çıxıb.

Vyanada BMT konfransında şıxış edən Ban ki Mun səhiyyə işçiərinə elmə və tibbi zərurətə əsaslanmadan icbari şəkildə karantin tətbiq edilməsi hallarına toxunub. “Onlar öz həyatlarını riskə qoyan fövqəladə insanlardır” - deyə cənab BMT baş katibi bildirib.

O deyib ki, virusun yayılmasının qarşısını almağın ən yaxşı yolu insanlar və ticarətə məhdudiyyətlərin qoyulması deyil, xəstəliyi öz mənbəyində dayandırmaqdan ibarətdir.

Qeyd edək ki, Kanada və Avstraliya xəstəliyin yayıldığı Liberya, Syerra Leone və Qvineyadan vətəndaşların ölkəyə girişinə qadağa qoyub. Bəzi Amerika siyasətçiləri Birləşmiş Ştatları da eyni qaydanı tətbiq etməsinə çağırıb.

Ümumilikdə Ebola virusuna 14 minədn çox inan yoluxub. Onlardan 5 mini həlak olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR