• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Aşura mərasimlərində partlayış: 9 ölü, 32 yaralı

  • Dünya
  • 4 Noyabr 2014 07:35
  • 623 Baxış
Aşura mərasimlərində partlayış: 9 ölü, 32 yaralı

İraqın paytaxtı Bağdad şəhərində daha bir neçə terror aktı həyata keçirilib.

Publika.az xəbər verir ki, ötən gün axşam saatlarında baş verən partlayışlarda 9 nəfər ölüb, 32 nəfər yaralanıb.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, Şiələrin İmam Hüseynin şəhidliyini anma məqsədilə təşkil etdikləri aşura mərasiminin keçirildiyi Kazimiyyə bölgəindəki Polis İdarəsi minaatandan atəşə tutulub. Nəticədə 1 polis ölüb, 7-i yaralanıb.

Kazimiyyə ilə eyni vaxtda Bağdadın Əl-Grait, Suleyh Polis İdarəsi və Tunus istiqamətində baş verən partlayışlarda isə 8 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Partlayışların məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR