Hansı azərbaycanlılar Türkiyədə meşə alır? - Əmlak bazarı
Bizi izləyin

Dünya

Hansı azərbaycanlılar Türkiyədə meşə alır? - Əmlak bazarı

Meşə xüsusiyyətini itirmiş 2B ərazilərinin sənədli və sənədsiz olmaqla iki hissəyə aryıldığını deyən əmlak eksperti Yetiş Kanal xarici sərmayəçilərin hər hansı bir problemlə qarşılaşmaq istəmədiyini ifadə etdi. Kanal “xaricilər sənədi olmayan 2B-ləri alma

Türkiyə 2B kateqoriyalı ərazilərin satışının başlanması ilə 2B ərazilərinin sıx olduğu Göktürkdə canlanma nəzərə çarpır.

Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ərəb ölkələri ilə yanaşı, Rusiya və Azərbaycandan olan sərmayəçilər də 2B torpaqlarını almağa başlayıb. Meşə xüsusiyyətini itirmiş 2B ərazilərinin sənədli və sənədsiz olmaqla iki hissəyə aryıldığını deyən əmlak eksperti Yetiş Kanal xarici sərmayəçilərin hər hansı bir problemlə qarşılaşmaq istəmədiyini ifadə etdi. Kanal “xaricilər sənədi olmayan 2B-ləri almaqdan qorxur. Sonradan problemlə qarşılaşmaqdan çəkinir” deyib.

Ərəb sərmayəçilərin bölgə ilə yaxından maraqlandığını deyən əmlak eksperti Göktürkün sərmayəçilər üçün əhəmiyyətli fürsət yaratdığını vurğulayıb. Son vaxtlar rus və azərbaycanlı sərmayəçilərin də bölgə ilə maraqlandığı deyən Y.Kanal “keçən günlərdə azərbaycanlı bir sərmayəçiyə 4 min 500 kvadrat metrlik bir torpağı 15 milyon lirəyə satdıq” söyləyib. O, Səudiyyə Ərəbistanı və Livan vətəndaşları ilə də danışıqların davam etdiyini vurğulayıb.

2B ərazisinin sənədini ala bilməyənlərin çox olduğunu dilə gətirən Y.Kanal torpağın qiymətinin də sənədli və sənədsiz olaraq dəyişdiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm