İŞİD-in avtomobil karvanı vuruldu
Bizi izləyin

Dünya

İŞİD-in avtomobil karvanı vuruldu

ABŞ-ın liderliyindəki koalisiya qüvvələrinin qırıcı təyyarələri Kobaniyə gedən İŞİD-ə məxsus avtomobil karvanını məhv edib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, İŞİD-in Kobani mühasirəsi davam edir. İŞİD (İraq Şam İslam Dövləti) ilə YPG (PKK terror təşkilatının Suriya qolu), peşmərgə (İraq Kürd Regional Rəhbərliyinin hərbi qüvvələri) və ASO (Azad Suriya Ordusu) arasındakı toqquşmalar davam edir.

Bir tərəfdən də, İraq Kürd Regional Rəhbərliyi Kobaniyə ikinci dəfə silah və təchizat dəstəyi göndərib.

İKRR-nin məsul şəxsi Nuri Osman indiyə qədər Şenqalda (Sincar) yaşayan 234 yezidi kürdün İŞİD əsarətindən xilas edildiyini deyib. Xilas edilən kürdlər üçün indiyə qədər 1.5 milyon dollar pul verilib. Osman xilas edilənlərdən 150-nin qadın olduğunu bildirib.

Bəzilərini pul qarşılığında, bəzilərini də fərqli üsullarla xilas edildiyini vurğulayan Osman, bəzi şəxslərin də digər yollarla qurtulduğunu deyib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm