Dünya
Separatçıların lideri: “Bunu Poroşenkonun vicdanına buraxıram”
“Mən Pyotr Poroşenko ilə görüşməyə hazıram, əsas məsələ odur ki, Poroşenko buna hazırdırmı?”
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri “Donetsk Xalq Respublikası”nın “dövlət başçısı” vəzifəsini yerinə yetirməyə başlayan Aleksandr Zaxarçenko deyib.
Donbas hövzəsi haqqında qanunun ləğvinə gəlincə, separatçıların lideri bunu P.Poroşenkonun vicdanına buraxdığını bildirib.
Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu gün keçiriləcək iclasında Donetsk və Luqansk vilayətlərinin xüsusi status haqqında qanunun ləğvinə baxılacaq. Ukrayna prezidenti qeyd edib ki, Kiyev Minsk protokolunun şərtlərinə tərəfdar olsa da, onun başqa tərəflər tərəfindən kobud pozulması fonunda hakimiyyət öz planına düzəlişlər etməlidir: “Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirəcəyəm. İclasda Donbas hövzəsindəki vəziyyəti hərtərəfli təhlil edəcəyik. Həm optimist, həm də pessimist ssenarilərdən çıxış edərək hərəkət planımıza lazımlı dəyişikliklər ediləcək”.
Xatırladaq ki, qanun bu ilin sentyabrın 16-da Ukrayna Ali Radası tərəfindən qəbul edilib. Qanuna əsasən, üç il ərzində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydaları tətbiq olunur, ərazilərdə şəhər, qəsəbə, kənd şuralarının qərarı ilə xalq milisi dəstələrinin yaradılması yer alır. Dövlət Donetsk və Luqanskda baş vermiş hadisələrin iştirakçılarına qarşı təhdid, cinayət təqibi və inzibati cəzaların tətbiq olunmayacağına zəmanət verir.
İctimai və şəxsi həyatda, rus dili və ya istənilən başqa dilin istifadəsi hüququ tanınır, Donbas bölgəsinin sosial-iqtisadi inkişafına Ukraynanın dəstəyi vəd olunur. Sənəd Rusiya Federasiyasının inzibatı vahidləri ilə sərhədyanı saziş əsasında mehriban qonşuluq münasibətlərinin dərinləşməsini də nəzərdə tutur.
Qanunda həmçinin bu regionlarda dekabrın 7-də növbədənkənar yerli seçkilərin keçirilməsi əksini tapmışdı.
Oktyabrın 17-də isə Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqqında qanunu imzalayıb.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!