• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Millətçilər Moskvada aksiyaya çıxırlar

  • Dünya
  • 4 Noyabr 2014 16:10
  • 330 Baxış
Millətçilər Moskvada aksiyaya çıxırlar

Rusiya paytaxtı Moskvada bu gün eyni vaxtda üç siyasi aksiya keçirilir.

Publika.az-ın “Qazetı.ru” saytına istinadən verdiyi məlumata görə, siyasi aksiyalar müxtəlif baxışları ifadə edir.

Moskvanın cənub-şərqindəki Lyublino rayonunda ənənəvi millətçi “Rus marşı” keçirilir. Paytaxtın şimalında bir az sonra isə "Novorossiya üçün” marşı başlanacaq. Təxminən eyni vaxtda Tver küçəsindən hakimiyyətin siyasi kursunun tərəfdarları keçəcək. Ümumrusiya Xalq Cəbhəsinin təşkil etdiyi mars “Biz vahidik” adlanır.

"Rus marşı" ənənəvi olaraq Rusiyada qeyd edilən "Milli Birlik" günü çərçivəsində keçirilir. Yürüşə adətən ultra-millətçi baxışları olan insanlar qatılır. “Rus marşı”nda adətən “Moskva ruslar üçündür” kimi miqrantlara nifrət aşılayan şüarlar səsləndirilir.

Hər üç aksiya hakimiyyətlə razılaşdırılıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR