“İkinci peşmərgə qrupu Kobaniyə getməyib” – RƏSMİ
Bizi izləyin

Dünya

“İkinci peşmərgə qrupu Kobaniyə getməyib” – RƏSMİ

Türkiyənin müdafiə naziri İsmət Yılmaz İraq Kürd Regional Rəhbərliyindən (İKRR) Kobaniyə ikinci peşmərgə qrupunun keçməsi məsələsində hər hansı bir tələb gəlmədiyini bildirib.

Publika.az “Aksam”a istinadən xəbər verir ki, müdafiə naziri bu barədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

İkinci peşmərgə qrupunun Kobaniyə gedib-getməməsi sualına nazir “İKRR-dən Kobaniyə ikinci peşmərgə qrupunun keçməsi məsələsində hər hansı bir tələb gəlməyib” cavabını verib. İsmət Yılmaz peşmərgələrdən bəzilərinin qaçmasına dair sualı da cavablandırıb: “Rəvayətlər müxtəlifdir. Biz gələnlərin hamısının Kobaniyə getidiyini düşünürük”.

Jurnalistlərin “konkret rəqəm deyə bilərsinizmi?” sualına nazir bunları deyib: “100-dən bir az çoxdur. Həm ASO (Azad Suriya Ordusu), həm də peşmərgə “çox adam istəmirik” dedilər. Deməli, bunların döyüşçüyə ehtiyacı yoxdur. Yaxşı bəs nəyə ehtiyacları var? Təbliğata ehtiyacları var”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm