Kiyev qorxunc silah barədə iddiaları təsdiqlədi
Bizi izləyin

Dünya

Kiyev qorxunc silah barədə iddiaları təsdiqlədi

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiyanın Ukrayna ilə sərhəddə uzaqvuran raket komplekslərini yerləşdirməsi barədə iddiaları təsdiqləyib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, qurumun informasiya-analitik mərkəzinin rəhbəri Andrey Lısenko Rusiya ordusunun hərbi qruplaşmalarının Ukrayna ilə sərhəddə gücləndirilməsinin çoxdan müşahidə olunduğunu bildirib.

“Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiya tərəfinin Ukrayna sərhədinə “İskəndər” raket komplekslərini gətirdiyini təsdiq edə bilərmi” sualına cavab verən A.Lısenko qeyd edib ki, onlardakı informasiya yalnız sözügedən raket kompleksləri ilə bağlı deyil: “Biz məlumatları müxtəlif kanallar vasitəsilə alırıq və vəziyyəti təhlil edirik. Dövlət sərhədinin pozulmasına adekvat cavab vermək üçün komandanlığımız hazırlıq işləri görür”.

Xatırladaq ki, Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk Rusiyanın Ukrayna ilə sərhəddə 6 ədəd “İsgəndər” tipli operativ-taktiki kompleksii yerləşdirdiyini bildirib. Hərbi ekspert həmçinin Şaxtyorsk rayonunda isə “S-300” zenit-raket komplekslərinn qeydə alındığını qeyd edib.

“İsgəndər” 3,8 ton çəkisi olan ballistik raketdir və qatı yanacaq mühərriki ilə təchiz edilib. Raket 280-400 kilometr uçuş məsafəsinə malikdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm