İŞİD 93 kürdü azad etdi
Bizi izləyin

Dünya

İŞİD 93 kürdü azad etdi

Peşmərgə və PYD-çilərlə döyüşən İŞİD 10 ay əvvəl Kobanidən qaçırtdığı 93 kürdü azad edib.

Publika.az xəbər verir ki, mərkəzi Londonda yerləşən Suriya İnsan Hüquqları Müşahidəçilər Mərkəzi Kobanidə İŞİD-in fəaliyyəti ilə bağlı yeni bir açıqlama yayıb. Açıqlamada İŞİD-in 10 ay əvvəl Kobanidən qaçırtdığı 93 kürdün azad edildiyi bildirilir. Həmin şəxslərin fevral ayında Kobanidən Şimali İraqa gedən zaman Rasulayn bölgəsində İŞİD tərəfindən qaçırıldığı deyilir.

İŞİD əsir götürdüyü şəxslərin PYD-ni dəstəkləyən kürdlər olduğunu əsas gətirərək azad etmirdi. İŞİD-in qalası olaraq tanınan Rakkada saxlanılan 93 nəfərdən altısının əli oğurluq etdikləri əsası ilə kəsilib.

İŞİD-in təxminən 10 ay sonra azad etdiyi şəxslərin 53-ü Türkiyəyə keçib. Qalan 40 nəfərin hara getdiyi məlum deyil.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm