• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ukraynalı politoloq: “Ən şirin qisas düşmənin bədbəxtliyindən varlanmaqdır”

  • Dünya
  • 4 Noyabr 2014 18:06
  • 468 Baxış
Ukraynalı politoloq: “Ən şirin qisas düşmənin bədbəxtliyindən varlanmaqdır”

“Ukrayna Donbas hövzəsindəki üsyançı rejimlərdən kömürün alınmasından imtina etməməlidir. Əksinə, bu, Kiyev üçün sərfəlidir və Rusiyaya zərbə vurur”.

Publika.az-ın “politnavigator.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri ukraynalı politoloq Yuri Romanenko Ukrayna energetika və kömür sənayesi nazirinin müavini Yuri Zyukovun son bəyanatını şərh edərkən deyib.

Qeyd edək ki, ukraynalı məmur Kiyevin Donbas hövzəsinin kömürünü separatçılardan almağa hazır olduğunu bildirib. Amma Y.Zyukov qeyd edib ki, kömürə veriləcək vəsait şaxtaçıların maaşlarına və şaxtaların saxlanılmasına xərclənməlidir. Yuri Zyukov əmin edib ki, vəsaitlərin xərclənməsinə nəzarət etmək mümkün olacaq. Onun sözlərinə görə, pul köçürmələri dövlət banklarındakı hesablar vasitəsilə hərəkət edəcək. Bu halda isə şaxtaçılar Ukrayna hakimiyyətinin nəzarəti altında olan kartlarından maaş ala biləcəklər.

Y.Zyukov Energetika və Kömür Sənayesi Nazirliyinin bu məsələ üzrə antiterror əməliyyatları zonasındakı müəssisələrin rəhbərləri ilə danışıqları apardığını deyib: “Əgər müharibə kömürün qiymətini iki dəfə azaldıbsa, onu almaq lazımdır. Belə olan halda onları xaltada saxlayırıq, çünki separatçılar kömürü heç kəsə sata bilməyəcəklər”.

Onun sözlərinə görə, ən şirin qisas düşmənin bədbəxtliyindən varlanmaqdır: “Əgər Ukrayna Donbas hövzəsinin hesabına varlanacaqsa, Rusiya daha kasıb olacaq. Çünki bu bədbəxt insanları yedirməyə məcbur ediləcək. Ucuz kömür nəticəsində biz iqtisadiyyatın müasirləşdiriilməsinə nail olacağıq”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR