Rusiyanın Ukraynaya açdığı atəşlə bağlı yeni faktlar açıqlandı - FOTOLAR
Bizi izləyin

Dünya

Rusiyanın Ukraynaya açdığı atəşlə bağlı yeni faktlar açıqlandı - FOTOLAR

İnternetdə Rusiya Silahlı Qüvvələri Cənub hərbi dairəsinin 439-cu reaktiv artilleriya briqadasının tərkibindəki reaktiv artilleriya bölməsinin Ukrayna sərhəddə olmasının sübutları ortaya çıxıb.

Publika.az-ın ”censor.net.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə öz səhifəsində bloqer İrakli Komaxidze yazıb.

Daimi dislokasiya yeri Həştərxan vilayəti olan 439-cu reaktiv artilleriya briqadasının tərkibindəki reaktiv artilleriya bölməsi Rostov vilayətindən Ukraynanın ərazisinə edilən artilleriya atəşlərində iştirak edib. Oktyabrın sonuna olan məlumata görə, reaktiv artilleriya bölməsi Rostov vilayətinin Neklinovski rayonunda yerləşdirilib. Bu bölmənin silah arsenalına “Smerç” reaktiv yaylım atəş sistemlərinin təxminən 4 batareyası daxildir.

Briqadanın iki batareyasının Rusiya-Ukrayna sərhədinin digər sahələrində yerləşdirilməsi istisna olunmur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm