Ukrayna Donbası blokadaya alır
Bizi izləyin

Dünya

Ukrayna Donbası blokadaya alır

Ukrayna prezidenti Pyotr Poroşenko Donbas hövzəsindəki separatçıları blokada ilə hədələyib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı “xərçəng şişinin yayılmasına imkan verməmək üçün” belə bir addımın atıla biləcəyini deyib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında çıxış edən Poroşenkonun sözlərinə görə, 2 noyabr “seçkilər”i Donetsk və Luqansk vilayətlərində normal həyatı üçün təhlükənin kəskin artdığını göstərdi.

“İndi orada nə baş verir? Xaos, soyğunçuluq, insanların həyat səviyyəsinin kəskin pisləşməsi, elementar müdafiənin olmaması və banditizm. Xərçəng şişinin yayılmasına imkan verməmək üçün bu ərazini müəyən blokadaya almağa məcburuq”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm