Soçidə təəccüb: Olimpiada başladı, çoxlu uşaq doğuldu
Bizi izləyin

Dünya

Soçidə təəccüb: Olimpiada başladı, çoxlu uşaq doğuldu

Soçidə təəccüb: Olimpiada başladı, çoxlu uşaq doğuldu

2014-cü il XXII Qış Olimpiya Oyunlarının açılışı günündə Soçidəki Perinatal Mərkəzdə 34 körpə dünyaya gəlib.


Trend-in məlumatına görə, Perinatal Mərkəzin baş həkimi Olqa Turenko şənbə günü "İnterfaks-Cənub" agentliyinə bildirib: "Mərkəzdə 24 oğlan və 10 qız uşağı dünyaya gəlib. Bu, son on il ərzində bir gün ərzində doğulan körpələrin rekord sayıdır".


Onun sözlərinə görə, Olimpiya gecəsi yeddi uşaq doğulub: dörd oğlan, üç qız: "Olimpiya oyunlarının açılışı anında [Moskva vaxtı ilə 20.14-də] oğlan uşağı dünyaya gəlib".


Xatırladaq ki, fevralın 7-də Soçidə XXII Qış Olimpiya Oyunlarının təntənəli açılışı mərasimi keçirilib. Azərbaycan Soçi olimpiadasında iki idman növündə 4 idmançı ilə təmsil olunur.

AzNews.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm