İstefaya göndərilən nazir Saakaşvilinin tərəfinə keçir
Bizi izləyin

Dünya

İstefaya göndərilən nazir Saakaşvilinin tərəfinə keçir

Gürcüstan baş naziri İrakli Qaribaşvili tərəfindən bu gün müdafiə naziri postundan istefaya göndərilən İrakli Alasaniya keçmiş prezidenti Mixail Saakaşvili qurucusu olduğu “Vahid Milli Hərəkat” Partiyası ilə əməkdaşlığı istisna etmir.

Publika.az xəbər verir ki, bu barədə keçmiş nazirin özü “Rustavi-2” telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, İ.Alasaniyanın istefaya göndərilməsinə səbəb Müdafiə Nazirliyindəki yeyintilərlə bağlıdır.

Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları 28 oktyabrda saxlanılıb. Onlar 4,1 milyon lari (təxminən 2 milyon 350 min dollar) dövlət vəsaitinin bədxərcliyində ittiham olunur. Saxlanılanlar arasında Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin keçmiş rəhbəri Qizo Qlonti, Baş Qərargahın rabitə və informasiya texnologiyaları üzrə departamentinin müdiri Nuqzar Kaişauri, Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin idarə rəisi Georqi Lobjanidze, dövlət satınalmaları departamentinin əsas mütəxəssisi Arçil Alavidze və Baş Qərargahın rabitə və informasiya texnologiyaları departamentinin idarə başçısı David Sipuriyanın adı çəkilir. İstintaqın məlumatına görə, saxlanılan şəxslər tenderin saxtalaşdırması yolu ilə “Silknet” şirkətindən fiber-optik kabel və şəbəkə avadanlığının alınması zamanı ciddi qanun pozuntularına yol veriblər. Əməliyyatın keçirilməsi vaxtı müdafiə nazirinin özü xarici səfərdə olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm