• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ prezidenti Asiya turuna çıxır

  • Dünya
  • 5 Noyabr 2014 07:22
  • 252 Baxış
ABŞ prezidenti Asiya turuna çıxır

ABŞ prezidenti Barak Obama gələn həftədən etibarən bir həftəlik Asiya turuna başlayır.

Publika.az xəbər verir ki, səfər çərçivəsində Barak Obama Çin, Myanmar və Avstraliyada olacaq.

Ağ Evin sözçüsü Coş Ernestin yaydığı yazılı açıqlamada bildirilir ki, Barak Obama noyabrın 10-12-də Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının liderlər toplantısında iştirak edəcək. Eyni zamanda ABŞ prezidentinin çinli həmkarı ilə də görüşü planlaşdırılır.

12-14 noyabr tarixlərində isə Myanmarda Şərqi Asiya Sammiti və ABŞ-Cənub-Şərqi Asiya Beynelxalq Birliyinin zirvə toplantısında iştirak edəcək. O cümlədən Myanmarın prezidenti və myanmarlı fəal Aung San Suu Kyi ilə görüşəcək.

Səfərinin sonuncu günündə isə Obama Avstraliyada G20 liderlər toplantısına qatılacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR