Con Kerri Avropa, Asiya və Yaxın Şərqə səfər edəcək
Bizi izləyin

Dünya

Con Kerri Avropa, Asiya və Yaxın Şərqə səfər edəcək

ABŞ Dövlət katibi Con Kerrinin Avropa, Asiya və Yaxın Şərq ölkələrinə səfəri başlayır.

Publika.az xəbər verir ki, səfərdə iqtisadi əməkdaşlıq, təhlükəsizlik və təmiz enerji kimi müxtəlif məsələlər müzakirə olunacaq.

Con Kerrinin diplomatik turunun ilk dayanacağı olan Parisdə Fransanın xarici işlər naziri Loren Fabiusla Ukraynada vəziyyəti, Ebola epidemiyası, eləcə də İraq və Suriyada İslam Dövləti qrupuna qarşı mübarizə səylərini müzakirə edəcək.

Parisdən sonra cümə günü Con Kerri Asiya-Sakit okeanı ölkələrinin dövlət başçılarının gələn həftə sammitindən öncə xarici işlər nazirlərinin görüşünə qatılmaq üçün Pekinə yollanacaq.

Pekində olduğu müddətdə dövlət katibi Kerri ABŞ-ın təmiz enerji, kiber təhlükəsizlk və qadınların iqtisadiyyatda imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi edəcək.

Con Kerri Birləşmiş Ştatlar və Çin arasında münasibətləri ən ardıcılı münasibətlər kimi qiymətləndirərək, 21-ci əsrin siyasi landşaftının müəyyən edilməsində həlledici olacağını deyib.

Səfərdən öncə Vaşinqtonda Con Hopkins universitetinin Beynəlxalq Araşdırmalar depratamentində mühazirə söyləyən Con Kerri, Çinin İran və Şimali Koreya tərəfindən gələn nüvə təhlükərinin qarşısının alınmasında köməyini yüksək qiymətləndirib. Eyni zamanda, kiber təhlükəsizliyi və intellektual müəlliflik hüquqları məsələlrində Çinə təzyiqlərin davam etdiriləcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm