Qiqa Bokeria: “Əsas təhlükə Rusiya oliqarxıdır”
Bizi izləyin

Dünya

Qiqa Bokeria: “Əsas təhlükə Rusiya oliqarxıdır”

“Artıq hər şey ortadadır. Bidzina İvanişvili ölkəni dərin böhrana qədər çatdırdı”.


Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın “Vahid Milli Hərəkat" Partiyasının liderlərindən olan Qiqa Bokeria hökumətdəki son istefalara münasibət bildirərkən deyib.


Q.Bokeria İvanişvilinin ölkəni dərin böhrana qədər çatdırdığını bildirib:

“Artıq formal əlamətlər mövcuddur: iki nazir istefa verib, büdcə yerinə yetirilməyib, Abxaziyanın zəbt edilməsinə heç bir reaksiya yoxdur. Yaxın vaxtlarda ölkəmiz üçün həyati məsələləri həll edən müdafiə nazirinə qarşı hakimiyyətin siyasi təqiblərinin şahidiyik. O, təmsil olunduğu komandasının əsl üzvü idi. Alasaniya bildirib ki, hazırda ölkənin qərb seçiminə təhlükə yaranıb. Amma bu, belə deyil, təhlükə çoxdan mövcuddur”.


O qeyd edib ki, Alasaniyanı ittiham etmək fikrindən uzaqdır və hazırda əsas məsələ ölkənin sabah hara gedəcəyidir:

“Əsas təhlükə Rusiya oliqarxıdır. Axı bütün bunlar oliqarxın oynadığı oyunun bir hissəsidir. Buna görə də cəmiyyətin əsas məsələsi bu rejimə nöqtə qoymaqdır. Budur əsas problem, biz çıxış yolu tapmalıyıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm