• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qadın özünü yandırdı

  • Dünya
  • 5 Noyabr 2014 10:00
  • 473 Baxış
Qadın özünü yandırdı

Bolqarıstanın paytaxtı Sofiyada 38 yaşlı qadın Prezident binası qarşısında özünü yandırdı. Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə şahidləri taksiylə gələn qadının əvvəl çantasından bir şüşə çıxarıb üzərinə maye yanacaq tökdüyünü deyiblər.

Daha sonra ətrafındakı insanlara kənara çəkilmələrini deyən qadın kibritlə özünü yandırıb. Bir nəfər yanğın söndürücü ilə alovu söndürməyə çalışsa da, artıq qadının bədəninin çox hissəsi yanmışdı. Adı Lidiya Petrova olduğu təyin olunan qadının təcili yardımla xəstəxanaya aparıldığı bildirilir.

Həkimlər qadının bədəninin 90%-nin yandığını və həyatda qalma şansının olmadığını deyiblər.

Bolqarıstan Dövlət Televiziyası Petrovanın professional fotoqraf olduğu, psixoloji problemlər yaşadığı barədə məlumat yayıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR