Rusiya separatçıların liderini “yalançı” adlandırdı
Bizi izləyin

Dünya

Rusiya separatçıların liderini “yalançı” adlandırdı

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun lideri Aleksandr Zaxarçenkonun Rusiyadan silah və hərbi texnika alması barədə bəyanatına münasibət bildirib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Baş Qərargah “Yeni qəzet” nəşrinin siyasi müşahidəçisi Boris Vişnevskinin sorğusuna cavab olaraq “DXR” liderinin bəyanatını “yalan” adlandırıb.

Xatırladaq ki, A.Zaxarçenko 16 avqustda Rusiyanın separatçılara 30 tank, 12 zirehli avtomobil və 1200 nəfərlik şəxsi heyət göndərdiyini bildirib. Rusiya Baş Qərargahın sözçüsü Andrey Kartapolov A.Zaxarçenkonun bəyanatının əsas məqsədinin şəxsi heyətə və Ukrayna ordusunun komandanlığına psixoloji təzyiq göstərmək məqsədi ilə verildiyini ifadə edib. Onun sözlərinə görə, bəyanat heç bir sübut bazasına malik deyil.

Qeyd edək ki, B.Vişnevski Zaxarçenkonun bəyanatı ilə bağlı sorğunu Baş Qərargahla yanaşı Rusiyanın İstintaq komitəsinə də göndərmişdi. Sorğuda Ukraynaya Rusiyadan hərbi texnikanın çatdırılması və Donbas hövzəsində Rusiyadan gedən muzdluların döyüşməsi barədə informasiyaların yoxlanılması xahiş edilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm