ABŞ-dan Bin Ladeni öldürən əsgərə sərt xəbərdarlıq
Bizi izləyin

Dünya

ABŞ-dan Bin Ladeni öldürən əsgərə sərt xəbərdarlıq

Əl-Qaidə terror təşkilatının lideri Üsamə bin Ladenin öldürüldüyü əməliyyatında iştirak edən əsgərlərdən birinin mətbuata açıqlama verməsi ABŞ ordusunda narazılıqla qarşılanıb.

Axar.az xəbər verir ki, bin Ladeni öldürən hərbçinin bütün detalları “Foks Nyus” telekanalında yayımlanacaq sənədli filmdə paylaşacağını açıqlamasından sonra xüsusi təyinatlı bölüyün komandiri ona xəbərdarlıq edib.

SEAL xüsusi təyinatlı qüvvələrinin komandiri vitse-admiral Brayan Losey “Atıcı” kod adlı əsgəri pula görə xüsusi təyinatlıların prinsiplərini satmaqda ittiham edib.

Vitse-admiral hərbçinin məlumat sızdıracağı təqdirdə ordu tərəfindən cinayət işi açılacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm