Sabiq nazir: “Məni həbs etsinlər, günahsız insanları rahat buraxsınlar”
Bizi izləyin

Dünya

Sabiq nazir: “Məni həbs etsinlər, günahsız insanları rahat buraxsınlar”

Gürcüstanın sabiq müdafiə naziri İrakli Alasaniya həbs olunacağını istisna etmir.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə İ.Alasaniyanın özü “Rustavi-2” telekanalının efirində bildirib.

“Bu lap əvvəldən sonuna kimi siyasi işdir. Təbii ki, həbsimi istisna etmirəm. İstəyərdim ki, məni həbs etsinlər və günahsız insanları rahat buraxsınlar”, - deyə sabiq nazir vurğulayıb.

Xatırladaq ki, “Gürcü arzusu” Siyasi Şurasının iclasının nəticəsi olaraq Gürcüstanın baş naziri İrakli Qaribaşvili İ.Alasaniyanı istefaya göndərib. İ.Qaribaşvilinin bu qərarına səbəb Müdafiə Nazirliyindəki yeyintilərlə bağlı olduğu deyilir. Əvvəllər böhranların idarə edilməsi və təhlükəsizlik üzrə hökumət şurasının katibi işləmiş Mindiyu Canelidze yeni müdafiə naziri təyin edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm