Gürcüstanın xarici işlər naziri istefa verdi
Bizi izləyin

Dünya

Gürcüstanın xarici işlər naziri istefa verdi

Gürcüstan Xarici İşlər Nazirliyinin başçısı Maya Pandjikidze istefa verib.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə onun özü Tiflisdə keçirdiyi brifinqdə bildirib.

M.Pandjikidze ilə birlikdə onun müavinləri David Zalkaliani, Tamara Beruçaşvili, Levan Qurqenidze və David Djalaqaniya tutduğu postları tərk ediblər.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili dünən müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərib. İ.Qaribaşvilinin bu qərarına səbəb Müdafiə Nazirliyindəki yeyintilərlə bağlıdır.

Dünən həmçinin İ.Alasaniyanın rəhbərlik etdiyi "Bizim Gürcüstanımız – Azad demokratlardır" Partiyasını təmsil edən avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verib. Keçmiş müdafiə nazirinin komandasında yer alan ədliyyə naziri Teya Sulukianinin istefa verəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, M.Pandjikidze 2012-ci ilin oktyabrından Gürcüstan Xarici İşlər Nazirliyinə başçılıq edib. Bundan əvvəl isə o, Gürcüstanın Almaniyadakı səfirliyində işləyib. M.Pandjikidze həmçinin ölkəsinin Niderlanddakı səfiri də olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm