Dünya
Obama üçün sərt döngə: seçkilərdə son nəticələr
ABŞ-da keçirilən ara seçkilərdə Respublikaçılar Partiyası böyük üstünlüklə qələbə qazanıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, partiya Konqresin hər iki orqanında – Nümayəndələr Palatası və Senatda əksəriyyəti əldə edib.
Qeyd edək ki, dünən Konqresin Nümayəndələr Palatasında bütün yerlərə, Senatda isə yerlərin üçdə birinə seçkilər keçirilib. Bu seçkidən sonra Nümayəndələr Palatasının 435, Senatın isə 36 yeri dəyişəcək.
Seçkilərə qədər Şenatda əksəriyyət 53 yerlə Demokratlar Partiyasına aid idi. İndiki seçkilərdə sonra isə demokratlar Senatda 43, Nümayəndələr Palatasında 127 yerə sahibdir.
Yeni Konqresi işinə 2015-ci ilin yanvarından başlayacaq. Respublikaçılar hər iki palatada bütün komitələrə başçılıq edəcək və qanunverici gündəliyi müəyyən edəcəklər. Belə bir perspektiv demokrat prezident Barak Obamaya Ağ Evdə olacağı son iki ildə ciddi çətinliklər vəd edir.
Çoxları respublikaçıların qələbəsini son illərin siyasətində ən sərt döngə kimi qiymətləndirirlər. Sonuncu dəfə belə bir vəziyyət XX əsrdə - prezident Duayt Eyzenhauer dövründə qeydə alınıb.
Ömər Dağlı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub