Qaribaşvili Müdafiə Nazirliyini “alasaniyaçılardan” təmizləməyə başladı
Bizi izləyin

Dünya

Qaribaşvili Müdafiə Nazirliyini “alasaniyaçılardan” təmizləməyə başladı

Gürcüstanın baş naziri İrakli Qaribaşvili keçmiş müdafiə naziri İrakli Alasaniyanın müavinlərinin istefası haqqında fərman imzalayıb.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə hökumət saytında bildirilib.

“Müdafiə nazirinin birinci müavini və nazir müavinlərinin səlahiyyətləri dayandırılmışdır”, - deyə fərmanda qeyd olunub .

Xatırladaq ki, dünən Gürcüstanın baş naziri İrakli Qaribaşvili müdafiə naziri İrakli Alasniyanı istefaya göndərib. O, Rusiyanın xeyrinə hərəkətlərdə və Müdafiə Nazirliyində satınalınmalarla əlaqədar ciddi qanun pozuntularında ittiham olunur. Alasaniyanın istefasından dərhal sonra Avropa və Avroatlantik inteqrasiya işləri üzrə nazir Aleksi Petriaşvili istefasını elan edib.

Bu gün isə Gürcüstan Xarici İşlər Nazirliyinin başçısı Maya Pandjikidze, ardınca isə onun dörd naziri istefa verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm